10 May – Ümummi̇lli̇ Li̇der Heydər Əli̇yevi̇n Doğum Günü
“Gərək nəbzin, Vətənin nəbzi ilə vursun”
10 may Ümummilli Lider, Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın və dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük xidmətlər göstərmiş mərhum prezident, Heydər Əliyevin doğum gündür.
Heydər Əliyev bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş, öz fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Azərbaycan xalqı heç vaxt ondan dəstəyini əsirgəlməmişdir.
Azərbaycan xalqının ümummilli lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyev Azərbaycanı bugünkü kimi – Qarabağlı görmək istəyirdi.
Ulu öndər Heydər Əliyevin xatirəsini anaraq mənəviyyətimiz və sərvətimiz olan torpağlarımıza qədəm basdıq. Azərbaycan xalqı olaraq Onun əziz xatirəsini qəlbimizdə əbədi anacağıq.