MENYU BAĞLA

Şirkət Haqqında

ŞİRKƏT PROFİLİ

 

AzeriSteel – 1996-ci ildən təməli qoyulan və ölkədə ilk peşəkar şəkildə  metal konstruksiya işləri görən bir zavoddur ki, bir çox layihələrdə öz sözünü deyib.

Ümumilikdə 18 hektar sahəyə malik olan Azeristeel Zavodunun 23 000 m² ərazisi qapalı istehsalat sahəsi üçün ayrılmışdır.

Ayda 3000-5000 ton istehsal gücünə malik olan AzeriSteeel, etibarlı, keyfiyyətli və davamlı xidmət göstərməklə müştəri məmnuniyyətini ən yüksək səviyyədə təmin edərək. İstehsal və inşaat bazarında etibarlı və keyfiyyətli mövqeyini saxlamaq üçün şirkət son texnologiyaya uyğun avadanlıqlarla təchiz olunmuş və yüksək ixtisaslı mühəndis heyəti ilə fəaliyyət göstərməkdədir.

Qaradağ Metal Konstruksiyalar Zavodu fabriklər, zavodlar, tərsanələr, idman meydançaları, yüksək mərtəbəli binalar, ticarət mərkəzləri, iri sənaye obyektləri, stadionlar, otellər və s. kimi layihələrin metal konstruksiya hissəsinin inşasını həyata keçirib.

Həmçinin şirkətimiz xalq təsərrüfatının müxtəlif növ metal məlumatlarının təcizatı ilə ixtisaslaşmışdır.

Şirkətimiz fəaliyyəti dövründə onlarla açıq tenderlərdə iştirak edərək, Azərsu, Socar, Metropoliten, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Gömrük Komitəsinin sifarişlərini qüsursuz, tam həcmdə yerinə yetirmişdir.

Vətənimiz Azərbaycanın gözəl güşələrində olan nailiyyətlərimizdəndə başqa, AzeriSteel olaraq hal hazırda ki başlıca məqsədimiz: Dünyanın müxtəlif ölkələrində öz layihələrimizi həyata keçirtməktir.